19 aprel 2026-ci il

Fətəliyev Nurlan Mirzəmməd oğlu

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini

15 oktyabr 1987-ci ildə Ordubad rayonunun Bist kəndində anadan olmuşdur.

2005-ci ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakultəsinin Coğrafiya ixtisasına daxil olmuş, 2009-cu ildə universiteti bitirmişdir.

2010-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində Ölkəşünaslıq və beynəlxalq turizm ixtisaslaşması üzrə magistr təhsili almışdır.

Əmək fəaliyyətinə 2011-ci ildə Naxçıvan Dövlət Universitetinin Qonaq evinin müdiri kimi başlamış, 2013-2014-cü illərdə Naxçıvan Turizm İnformasiya Mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışmış, mərkəzin direktoru vəzifəsini icra etmişdir.

2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunda aparıcı məsləhətçi, 2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində sədrin köməkçisi, 2016-2020-ci illərdə həmin Komitədə aparat rəhbəri vəzifəsində çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 21 iyul 2020-ci il tarixli 46/06-s nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

29 fevral 2024-dən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışır.

Ailəlidir, 1 övladı var.