Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini
28 may 1969-cu ildə Şahbuz rayonunun Yenikənd (indiki Kiçikoba) kəndində anadan olmuşdur.
1986-cı ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya və torpaqşünaslıq fakültəsinin mühəndis-yerquruluşçusu ixtisasına daxil olmuşdur. 1987-1989-cu illlərdə hərbi xidmətdə olmuş, 1993-cü ildə akademiyanı bitirmişdir.
Əmək fəaliyyətinə 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinin Şahbuz rayon şöbəsində baş mütəxəssis kimi başlamışdır. 2002-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunda şöbə rəisi və baş mütəxəssis-redaktor vəzifələrində çalışmışdır. 2004-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Тorpaq və Xəritəçəkmə Komitəsində Torpaq kadastrı və qeydiyyatı şöbəsinin müdiri, 2015-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Тorpaq Məsələləri üzrə Dövlət Komitəsində Daşınmaz əmlak məsələləri şöbəsinin müdiri, 2016-2020-ci illərdə həmin komitədə sədr müavini, 2020-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Тorpaq Məsələləri üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsində çalışmışdır.
05.03.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
07 may 2026-cı il tarixdən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışır.