06 iyun 2026-cı il

Xəbərlər

HƏRRAC YOLU İLƏ 4 TORPAQ SAHƏSİ MÜLKİYYƏTƏ VERİLİB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 3 bələdiyyəsinə məxsus 4 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı hərrac keçirilib.

Torpaq sahələrinin hərracında iştirak etmək üçün qeydiyyatdan keçən 9 sifarişçidən 4-ü hərracın qalibi olub, nəticədə 4 torpaq sahəsi mülkiyyətə verilib.

Hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

06.06.2026