21 aprel 2026-ci il

Xəbərlər

HƏRRAC YOLU İLƏ TORPAQ SAHƏLƏRİ MÜLKİYYƏTƏ VƏ İCARƏYƏ VERİLİB, QEYRİ-YAŞAYIŞ SAHƏLƏRİ ÖZƏLLƏŞDİRİLİB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 3 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, 3 qeyri-yaşayış sahəsinin isə özəlləşdirilməsi ilə bağlı hərraclar keçirilib.

Torpaq sahələrinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərrac nəticəsində 3 torpaq sahəsindən 1-i mülkiyyətə, 2-si isə icarəyə verilib. 3 sahibkar hərracın qalibi olub.

Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı təşkil olunan hərracda isə qeydiyyatdan keçən 2 sifarişçi iştirak edib.

Nəticədə hərraca çıxarılan 12 qeyri-yaşayış sahəsindən 3-ü özəlləşdirilib. 2 sahibkar hərracın qalibi olub. 9 qeyri-yaşayış sahəsinə isə sifariş olmadığından həmin hərrac prosesləri baş tutmamış hesab edilib.

Qeyd edək ki, mərkəz tərəfindən 11 və 17 martda yer təkindən istifadə, 12 martda nəqliyyat vasitələrinin özəlləşdirilməsi, 16 martda torpaq sahələrinin mülkiyyətə verilməsi, 18 martda isə dövlət mülkiyyətinə keçirilmiş gömrük mallarının hərracları keçiriləcək.

Hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

21.04.2026