18 fevral 2026-ci il

Xəbərlər

İQTİSADİYYAT NAZİRLİYİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirlikdə vətəndaş qəbulu keçirib.

Qəbula gələn vətəndaşlar vergi güzəştləri, heyvandarlıq sahəsində fəaliyyət və işə qəbul məsələləri ilə bağlı müraciət ediblər.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahatlar verilib, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb.

18.02.2026