19 aprel 2026-ci il

Xəbərlər

KƏNGƏRLİ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK

12 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə Kəngərli rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən rayonun Qıvraq qəsəbəsində yerləşən Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Xidmətinin (036) 545-77-39 nömrəli telefonu, info@nemlak.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

19.04.2026