06 iyun 2026-cı il

Xəbərlər

“KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ” İLƏ BAĞLI NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ TƏRƏFİNDƏN AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Dekabrın 6-da “Konstitusiya və Suverenlik İli” ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ağacəkmə aksiyası keçirilib.

Naxçıvan-Şərur magistral yolu istiqamətindəki yaşıllıq sahələrində keçirilən ağacəkmə aksiyasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan tabeliyindəki qurumların rəhbər heyəti və əməkdaşları iştirak ediblər.

Aksiya çərçivəsində 1000-ə yaxın ərik, badam, alma və digər növ ting əkilib, suvarma işləri aparılıb, tinglərə aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə və yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə verməkdir.

06.06.2026