19 aprel 2026-ci il

Xəbərlər

NAXÇIVANDA 2 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

Hərracda iştirak etmək üçün 9 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərracda 2 nəqliyyat vasitəsi üzrə hərrac qalibləri müəyyənləşdirilib. Özəlləşdirilən nəqliyyat vasitələrinin yekun qiyməti ilkin satış qiymətindən 17.6 faiz yüksək olub. 

Digər 2 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

19.04.2026