06 iyun 2026-cı il

Xəbərlər

NAXÇIVANDA 3 NƏQLİYYAT VASİTƏSİ HƏRRAC YOLU İLƏ ÖZƏLLƏŞDİRİLİB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 7 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.

3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeyiyyatdan keçib. Rəqabətli keçən prosesdə nəqliyyat vasitələri üzrə 3 qalib müəyyənləşdirilib. 

Digər 4 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 16 dekabr 2025-ci il tarixdə keçiriləcəkdir. Ətraflı məlumatı və nəqliyyat vasitələrinin siyahısını Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/)  və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.

06.06.2026