Xəbərlər
NAXÇIVANDA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT QEYDİYYATI 19,8 FAİZ ARTIB
2026-cı ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən 8113 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış mülkiyyət hüquqlarının sayında 19,8 faiz artım müşahidə olunub.
Qeydiyyata alınan əmlaklardan 3667-si torpaq sahəsi, 3078-i fərdi yaşayış və bağ evi, 1019-u mənzil, 171-i qeyri-yaşayış sahəsi, 166-sı qeyri-yaşayış binası, 12-si isə əmlak kompleksidir.
Cari ilin 8 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,6 milyon manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112,9 min manat və ya 7,2 faiz çoxdur.
23.09.2026