18 aprel 2026-ci il

Xəbərlər

NAXÇIVANDA DAŞINMAZ ƏMLAKLA BAĞLI 2488 ELEKTRON MÜRACİƏT DAXİL OLUB

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ictimai xidmətlərin sadələşdirilməsi, şəffaflığın artırılması və real vaxt rejimində istifadənin təmin olunması məqsədilə elektron xidmətlərin əhatə dairəsini genişləndirir.

Cari ilin yanvar-mart ayları ərzində hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 2488 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 58 faiz artım qeydə alınıb.

18.04.2026