21 avqust 2026-cı il

Xəbərlər

NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALAR 44,8 FAİZ ARTIB

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 115 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 80-i qeyri-yaşayış, 35-i isə torpaq sahələrinə aid olub. 149 icarə müqaviləsinin müddəti uzadılıb.

Yanvar-iyul ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 577 min manat vəsait ödənilib. Ötən yeddi ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artıb.

21.08.2026