Xəbərlər
NAXÇIVANDA DÖVLƏT ƏMLAKININ İCARƏSİNDƏN DÖVLƏT BÜDCƏSİNƏ DAXİLOLMALAR 47,7 FAİZ ARTIB
2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 133 yeni icarə müqaviləsi bağlanılıb. Yeni bağlanılan müqavilələrin 87-si qeyri-yaşayış, 46-sı isə torpaq sahələrinə aid olub. 165 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən 8 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə ümumilikdə 643,5 min manat vəsait ödənilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,7 faiz çoxdur.
22.09.2026