Xəbərlər
NAXÇIVANDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNƏ ELEKTRON MÜRACİƏTLƏRİN SAYI ARTIB
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvanda xidmətlərin daha rahat, şəffaf və operativ göstərilməsi məqsədilə elektron platformaların genişləndirilməsi üzərində işini davam etdirir.
2025-ci ilin yanvar-oktyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 6164 elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.
06.06.2026