Xəbərlər
NAXÇIVANDA TORPAQ SAHƏLƏRİ HƏRRAC YOLU İLƏ MÜLKİYYƏTƏ VƏ İCARƏYƏ VERİLİB
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 5 bələdiyyəsinə məxsus torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.
Rəqabətli keçən hərrac prosesində qeydiyyatdan keçən 12 sifarişçi iştirak edib. Nəticədə hərraca çıxarılan 6 torpaq sahəsindən 3 torpaq sahəsi mülkiyyətə, 3 torpaq sahəsi isə icarəyə verilib. 5 sahibkar hərracın qalibi olub.
Qeyd edək ki, mərkəz tərəfindən 16 və 26 dekabrda nəqliyyat vasitələrinin, 17 dekabrda qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi hərracları, 22 dekabrda isə Naxçıvan şəhərindəki torpaq sahəsinin mülkiyyətə verilməsi üzrə müsabiqə keçiriləcək.
Hərrac və müsabiqələrlə bağlı ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin (http://nemlak.gov.az/az/) və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin (http://nauksion.gov.az) rəsmi saytlarından əldə etmək olar.
06.06.2026