19 aprel 2026-ci il

Xəbərlər

NAZİR KAZIM HÜSEYNƏLİYEVİN CULFADAKI VƏTƏNDAŞ QƏBULUNUN VAXTI DƏYİŞDİRİLİB

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin oktyabrın 30-da Culfa rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Qəbul oktyabrın 31-də saat 11:00-dan başlayaraq Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

19.04.2026