Xəbərlər
NÖVBƏTİ VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Nazirlikdə vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar güzəştli kreditlərin verilməsi və işə qəbul məsələləri ilə bağlı müraciət ediblər.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı əsaslandırılmış cavab və izahat verilib.
19.04.2026