19 aprel 2026-ci il

Xəbərlər

ORDUBAD RAYONUNDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLİB

24 sentyabr 2025-ci il tarixdə Ordubad Rayon Rabitə evində sahibkarların və bank nümayəndələrinin iştirakı ilə “Güzəştli maliyyələşmə imkanları” mövzusunda görüş keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Sahibkarlığın İnkişafı Fondu və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Giriş sözünü Ordubad Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşadət Orucov açıb, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Səhhət Abbasov sahibkarlara mövcud maliyyə imkanları və layihələrin dəstəklənməsi mexanizmləri barədə ətraflı məlumat veriblər. Tədbirdə Fondun şöbə müdiri İlkin Novruzov təqdimatla çıxış edib.

 

Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, mövzu ətrafında geniş müzakirələr aparılıb və sahibkarların ünvanladığı suallar cavablandırılıb.

19.04.2026