Xəbərlər
RƏSMİ TƏKZİB
Bu gün bir sıra media orqanlarında “sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevin Naxçıvan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilməsi” ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və onun tabeliyində fəaliyyət göstərən “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs ləğv edilib. Ləğv edilmiş quruma hər hansı vəzifəyə təyinatın həyata keçirilməsi mümkün deyil.
Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində ləğv prosesinin icrası məqsədilə müvafiq komissiya yaradılıb və iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev həmin komissiyanın sədri təyin olunub.
Bununla əlaqədar olaraq, qeyd olunan “təyinat” barədə yayılan məlumatlar əsassızdır və rəsmi şəkildə təkzib olunur.
19.04.2026