18 fevral 2026-ci il

Xəbərlər

ŞAHBUZ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLƏCƏK

10 fevral 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslüm Cabbarzadə Şahbuz rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Şahbuz şəhəri, Heydər Əliyev prospekti 25B ünvanında yerləşən Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Əmlak Məsələri Dövlət Xidmətinin (036) 545-77-39 nömrəli telefonu, info@nemlak.gov.az elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

18.02.2026