Xəbərlər
ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT OLUNUB
27 sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Nazirliyin və tabeliyindəki qurumların rəhbər heyəti və nümayəndələri muxtar respublikanın müxtəlif şəhər və rayonlarında əlavə 4 şəhid ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin igidlik dolu ömür yolundan söz açılıb, onların əziz xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğu vurğulanıb. Qeyd olunub ki, qəhrəman oğullarımızın şücaəti Vətən torpaqlarının azadlığına qovuşmasında mühüm rol oynayıb və onların döyüş meydanındakı igidliyi gələcək nəsillərə örnəkdir.
19.04.2026