Xəbərlər
ŞƏRUR RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİLİB
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Nurlan Fətəliyev Şərur rayonunda vətəndaşları qəbul edib.
Şərur Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşlar torpaq sahələrinin sərhədlərində dəqiqləşdirmələrin aparılması, torpaq sahəsi və daşınmaz əmlak obyektləri üzərində hüquqların dövlət qeydiyyatı, qeyri-yaşayış sahələrinin sənədləşdirilməsi, yerquruluşu planının hazırlanması və digər məsələlərlə bağlı köməklik göstərilməsi məqsədilə müraciət ediblər.
Qəbulda hər bir vətəndaşın müraciəti fərdi qaydada dinlənilib və onlara qanunvericiliyin tələbləri izah edilib. Araşdırma zərurəti olan müraciətlər üzrə əmlaklara mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb.
22.11.2026